Liberman: "Həmas raket atəşlərinə davam etsə..."
Bizi izləyin

Yaxın Şərq

Liberman: "Həmas raket atəşlərinə davam etsə..."

İsrailin müdafiə naziri Aviqdor Liberman Həmas təşkilatını yəhudi yaşayış məntəqələrinə raket atmaqla günahlandırıb.

Publika.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Sülh Prosesi Üzrə Xüsusi Koordinatoru Nickolay Mladenov ilə keçirdiyi telefon görüşündə Liberman mühasirə altındakı Qəzzada baş verən son proseslərə toxunub.

Görüşdə Həmasın Qəzza sərhədi yaxınlığındakı yəhudi yaşayış məntəqələrinə raket atdığını iddia edən Liberman, "Əgər Həmas raket atəşlərinə davam etsə, nəticə onların düşündüklərindən daha ağır ola bilər. Meydana gələcək dağıntı və can itkisindən Həmas məsul olacaq" - deyib.

Digər tərəfdən İsrail ordusundan verilən məlumata görə, Qəzzadan sərhədə yaxın 3 raket atılıb.

Açıqlamada, atılan raketlərdən ikisinin İsrailə aid "Dəmir Günbəz" hava müdafiə sistemi tərəfindən məhv edildiyi, birinin də sərhəddəki boş bir sahəyə düşdüyü qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm