• USD 1,7000 0,00% EUR 1,8813 +0,09%
    • GBP 2,2355 +0,04% RUB 0,0268 +0,37%

BMT-dən ÇAĞIRIŞ: “Dağıdıcı müharibədən geri dönün”

BMT-dən ÇAĞIRIŞ: “Dağıdıcı müharibədən geri dönün”

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsrail və Fələstin arasında artan gərginliklə əlaqədar tərəflərə müraciət edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, baş katib İsrail və “Həmas” təşkilatını dağıdıcı qarşıdurmadan geri addım atmağa çağırıb.

BMT-nin rəhbəri yazılı açıqlamasında Qəzzada və İsrailin cənubunda artan təhlükəli gərginlik və şiddətin son dərəcə narahatlıq doğurduğunu, yaşanan itkilərdən dərin kədər duyduğunu bildirib. Baş katib “Həmas” və digər fələstinli qrupları sərhəddə raket zərbələrinə son qoymağa, İsraili isə vəziyyətin daha da gərginləşməməsi üçün maksimum dözümlülük göstərməyə çağırıb.

Qeyd edək ki, İsrail sərhəddəki əsgərlərinə atəş açıldığını irəli sürərək dünən günortadan sonra Qəzzanı döyüş təyyarələri və tanklarla vurub. Nəticədə 4 fələstinli həyatını itirib. İsrail ordusu isə bir əsgərinin Qəzzadan açılan atəş nəticəsində öldüyünü açıqlayıb. Açıqlamada həmçinin bildirilir ki, gün ərzində Qəzzaya təşkil edilən hücumlarda “Həmas”ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam” briqadasına aid 15 nöqtə vurulub.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR