Netanyahu “Həmas”ı yeddi dəfə daha güclü zərbələrlə hədələdi
Bizi izləyin

Yaxın Şərq

Netanyahu “Həmas”ı yeddi dəfə daha güclü zərbələrlə hədələdi

İsrail ehtiyac olduğu halda, “Həmas”ın yeddi dəfə daha güclü vurmağa hazırdır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrailin baş naziri Benyamin Netanyahu dedi.

“İstirahət günlərində biz “Həmas”a çox güclü zərbələr vurduq. Əgər lazım olacaqsa, biz onlara yeddiqat güclə hücüm edəcəyik”, - o bildirib.

Qeyd edək ki, İsrail sərhəddəki əsgərlərinə atəş açıldığını irəli sürərək dünən günortadan sonra Qəzzanı döyüş təyyarələri və tanklarla vurub. Nəticədə 4 fələstinli həyatını itirib. İsrail ordusu isə bir əsgərinin Qəzzadan açılan atəş nəticəsində öldüyünü açıqlayıb. Açıqlamada həmçinin bildirilir ki, gün ərzində Qəzzaya təşkil edilən hücumlarda “Həmas”ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam” briqadasına aid 70 obyekti bombardman edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsrail və Fələstin arasında artan gərginliklə əlaqədar tərəflərə müraciət edib. Baş katib İsrail və “Həmas” təşkilatını dağıdıcı qarşıdurmadan geri addım atmağa çağırıb.

BMT-nin rəhbəri yazılı açıqlamasında Qəzzada və İsrailin cənubunda artan təhlükəli gərginlik və şiddətin son dərəcə narahatlıq doğurduğunu, yaşanan itkilərdən dərin kədər duyduğunu bildirib. Baş katib “Həmas” və digər fələstinli qrupları sərhəddə raket zərbələrinə son qoymağa, İsraili isə vəziyyətin daha da gərginləşməməsi üçün maksimum dözümlülük göstərməyə çağırıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm