İraq qırıcıları ilk dəfə BUNU ETDİ - Türkiyəyə BÖYÜK DƏSTƏK
Bizi izləyin

Yaxın Şərq

İraq qırıcıları ilk dəfə BUNU ETDİ - Türkiyəyə BÖYÜK DƏSTƏK

İraq ordusuna məxsus döyüş təyyarələri dünən Şengal (Sincar) bölgəsində PKK-nın hədəflərini bombalayıb.

Publika.az
xəbər verir ki, Bağdaddan havaya qalxan 8 döyüş təyyarəsi Şengalın Geli Kersi bölgəsindəki PKK mövqelərini yerlə bir edib.

İraq konstitusiyasına görə, mübahisləi bölgələr statusunda olan ərəb dilində Sincar adlanan Şengal Ninova bölgəsinə bağlı qəsəbədir. Yezidi kürdlərin yaşadığı Şengalda azsaylı ərəb və süryanilər də var. 2014-cü ilin avqustunda Şengalda iki mindən çox yezidi kürdü İŞİD tərəfindən öldürüldü. 2015-ci ilin 13 noyabrında beynəlxaqlq koalisiyanın dəstəyi ilə İŞİD bölgədən çıxarıldı. İŞİD-ə qarşı döyüşən PKK-çılardan ibarət YGŞ qruplaşması İraq hökumətinin nəzarətinə keçdi. PKK terrorçuları isə Türkiyənin təzyiqindən sonra bölgədən çıxdıqlarını açıqladı.

Ərdoğan PKK-nın Şengalı tərk etməyəcəyi təqdirdə Türkiyə ordusunun bölgədə əməliyyatlara başlayacağını elan etmişdi. İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Mahcub isə PKK-nın bölgədəki varlığına qarşı Türkiyə ilə birgə hərəkət edəcəklərini bildirmişdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm