• USD 1,7000 0,00% EUR 1,8883 0,00%
    • GBP 2,2364 0,00% RUB 0,0267 0,00%

BÖYÜK MÜHARİBƏ yenidən başlanır – Rusiya dəhşətli hücumun DETALLARINI AÇDI

BÖYÜK MÜHARİBƏ yenidən başlanır – Rusiya dəhşətli hücumun DETALLARINI AÇDI

“An-Nüsrə” Cəbhəsi də daxil olmaqla, bir neçə qruplaşmanın döyüşçüləri Suriyada hökumət qoşunlarının mövqelərinə hücuma hazırlaşırlar.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Siqankov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri bir neçə istiqamətdə terrorçuların böyük qruplarının konsentrasiyanı qeydə alıblar.

“Əldə etdiyimiz informasiyaya görə, “An-Nüsrə” Cəbhəsi, “Cəbhə Tahrir Li Suriya”, “Sukur aş-Şam” və “Feylak aş-Şam” qruplaşmalarının liderləri hökumət güclərinin mövqelərinə hücumun həyata keçirilməsi üçün birgə operativ qərargahın yaradılması haqqında razılaşıblar. Böyük qruplaşmaların konsentrasiyası eyni vaxtda bir neçə istiqamətdə - şimali Latakiya dağları, İdlib və Hama əyalətlərinin sərhədindəki El-Qab vadisi və Hələb şəhərinin qərbindəki rayonlarda qeydə alınıb. Sözügedən ərazilərə döyüşçülərin seçmə hissələri və zirehli texnika çəkilir”, - general danışıb.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR