ABŞ Rusiyanın təqdim etdiyi sənədə veto qoydu
Bizi izləyin

Yaxın Şərq

ABŞ Rusiyanın təqdim etdiyi sənədə veto qoydu

ABŞ BMT-nin Təhlükəsizlik Şurasında Yaxın Şərq probleminin nizama salınması üzrə Rusiyanın təşəbbüsünü bloklayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın BMT-dəki daimi nümayəndəliyi bildirib.

ABŞ sənədin səsverməsi zamanı veto hüququndan istifadə edib.

Daimi nümayəndəlikdən bildirilib ki, Rusiyanın Təhlükəsizlik Şurasına təqdim etdiyi sənəd Fələstin probleminin həlli üzrə beynəlxalq miqyasda tanınmış əsasların alternativsiz olduğunu təsdiq etməyə imkan verərdi. Qeyd edilir ki, sənəd Küveyt, Boliviya və Çin daxil olmaqla, Təhlükəsizlik Şurasının üzvlərinin əksəriyyətinin dəstəyini alıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm