İranın Yaxın Şərqdəki qılıncından Trampa AĞIR CAVAB: “Səni gözləyirəm”
Bizi izləyin

Yaxın Şərq

İranın Yaxın Şərqdəki qılıncından Trampa AĞIR CAVAB: “Səni gözləyirəm”

İranın Yaxın Şərqdəki qılıncı olaraq tanınan İnqilab keşişçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” qrupunun rəhbəri Qasım Süleymani ABŞ prezidenti Donald Trampa cavab verib.

Publika.az
xəbər verir ki, Süleymani Trampa “mənimlə danış” çağırışını edib.

“Bir əsgər olaraq Trampın təhdidlərinə cavab vermək mənim vəzifəm. Əgər təhdid dilini istifadə edirsə, mənimlə danışmalıdır, prezident Həsən Ruhani ilə deyil. Tramp bizim şəhidlər milləti olduğumuzu və onu gözlədiyimizi bilməlidir”, - deyə Süleymani qeyd edib.

Qeyd edək ki, Trampı Həsən Ruhaniyə çağırış edərək, İranı müharibə ilə hədələmişdi. Ruhani isə ABŞ-a “Aslanın quyruğu ilə oynamayın” deyə cavab vermişdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm