Suriya ordusu “Mehmetcik”lə döyüşə girir? - Böyük hücuma HAZIRLIQ
Bizi izləyin

Yaxın Şərq

Suriya ordusu “Mehmetcik”lə döyüşə girir? - Böyük hücuma HAZIRLIQ

Suriya ordusu İdlibi terrorçulardan təmizləmək üçün böyük bir əməliyyata hazırlaşır.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, ordu İdlib sərhədində hərbi təchizatını möhkəmləndirir.

Suriya ordusunun rəsmilərindən biri ətraf bölgələrdə mövqelərin gücləndirildiyini, lazımi bütün tədbirlərin görüldüyünü bəyan edib.

Qeyd edək ki, İdlib vilayəti Astana formatı (Rusiya, Türkiyə, İran) çərçivəsində Türkiyənin nəzarətinə verilib. Burada Türkiyə Silahlı qüvvələri müşahidə məntəqələri qurublar. Suriya ordusunun İdlibdə həyata keçirəcəyi əməliyyat türk əsgəri ilə qarşıdurma təhlükəsini yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm