Fələstin ABŞ-ın vasitəçiliyi üçün şərtini açıqladı
Bizi izləyin

Yaxın Şərq

Fələstin ABŞ-ın vasitəçiliyi üçün şərtini açıqladı

Fələstin İsraillə danışıqlarda ABŞ-ın vasitəçiliyi üçün şərtini açıqlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəlin sözlərinə görə, bu, Rusiyanın danışıqlarda vasitəçi kimi iştirak edəcəyi halda mümkün olacaq.

“Biz Amerikanın planını və ABŞ-ın vasitəçiliyini rədd edirik. Fələstin prezidenti Mahmud Abbas Rusiya prezidenti Vladimir Putinlə görüşün gedişatında bildirdi ki, Fələstin Amerikanın birtərəfli təşəbbüsündən imtina edib. Əgər biz danışıqlara başlayacağıqsa, onda yeni vasitəçinin olmasını təkid edirik. Biz əminik ki, Rusiya və ABŞ danışıqların bu raundunu birlikdə aparmalıdır”, - Nofəl bildirib.

Daha əvvəl İsrail KİV-i bildirib ki, baş nazir Benyamin Netanyahu Fələstin lideri Mahmud Abbasla Moskvada görüş barədə Rusiyanın təklifini rədd edib. Baş nazir qeyd edib ki, daha əvvəl ABŞ-ın hazırladığı sülh planına şans vermək istəyir.

Netanyahu dəfələrlə söyləyib ki, danışıqlarda ABŞ-ın vasitəçiliyinə alternativ görmür.

Fələstinlilər isə əksinə, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınmasından sonra Vaşinqtonun vasitəçiliyindən imtina edib. Fələstin hazırda Rusiya da daxil olmaqla, yeni çoxtərəfli platformada sülh prosesinin yenidən başlaması haqqında xarici partnyorlarla danışıqlar aparırlar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm