İsrail 17 yaşlı "cəsur qızı" sərbəst buraxdı - FOTOLAR
Bizi izləyin

Yaxın Şərq

İsrail 17 yaşlı "cəsur qızı" sərbəst buraxdı - FOTOLAR

İsraildə, təxminən 7 aydır hərbi həbsxanada saxlanılan Fələstinli cəsur qız Təmimi ilə anasını sərbəst buraxıldı.

İsrail rəhbərliyi Hənzələ Cəsarət Mükafatının sahibi, "Fələstinli cəsur qız" ləqəbi ilə tanınan Ahəd ət-Təmimi (17) və anasını sərbəst buraxıb.

Təmimi və anası Nəriman bu gün Nəbi Saleh mahalının girişində sərbəst buraxılıb.

Onlar bu ilin 21 mart tarixində 8 aylıq həbs cəzasına məhkum edilmişdilər.

Nə olmuşdu?

Nəbi Saleh mahalında yerləşən evinin həyətinə girən İsrail əsgərinə etiraz edərək, onu yumruqlayan Təmimi İsrail əsgərlərinə hücumda günahlandırılmışdı. Bu hadisənin videosu da dünya mediasında manşet olmuşdu. Videoda Ahədin yanında görünən əmisi oğlu Nur ət-Təmimi də daha sonra saxlanılaraq, hərbi həbsxanaya aparılmışdı. Bir müddət sonra isə girov müqabilində azadlığa buraxılmışdı.

Qızını görmək üçün həbsxanaya gedən anası da saxlanılmışdı.

Ahəd 2012-ci ildə də medianın gündəminə gəlmişdi. O, qardaşını həbs edən İsrail əsgərlərinə qarşı göstərdiyi davranış səbəbindən İstanbulda "Hənzələ Cəsarət Mükafat"ına layiq görülmüşdü.

Baş nazir olduğu dövrdə Prezident Rəcəb Tayyib Ərdoğanla da görüşmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm