.jpg)
İsrail hüquq-mühafizə orqanları viza olmamasını əsas gətirərək 90 Türkiyə vətəndaşının Qüdsə daxil olmasına icazə verməyib.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Tur rəhbəri Mustafa Biçkioğlu isə turistlər üçün İsrail konsulluğundan ümumi şəkildə viza alındığını bildirib:
“Viza olmadan Türkiyəni tərk etməyimiz mümkün deyildi”.
Qüdsdə daxil olmalarına icazə verilməyən şəxslər yenidən Türkiyəyə geri göndərilib.