Yaxın Şərq
Trampın “Yüz ilin işğalı” planı – Bu müsəlman ölkəsi XƏRİTƏDƏN SİLİNƏCƏK
ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı
kimi tanıdıqdan sonra Fələstinin işğalına hazırlaşır.
Publika.az xəbər verir ki, Trampın Fələstin-İsrail
münaqişəsinin həlli üçün “Yüz ilin anlaşması” adı ilə yeni plan
hazırlayır.
Bu plan hələlik açıqlanmasa da, müəyyən detalları mediaya sızıb.
İddialara görə, “Yüz ilin anlaşması” planında Fələstin tərəfinə
ağır şərtlər irəli sürüləcək, İsrailə isə dəstək veriləcək.
Planda “Qüdsün bütövlükdə İsrailin paytaxtı olması, Qərbi Şeriada
yəhudi düşərgələrinin boşaldılmaması” kimi maddələr yer alır.
Türkiyənin “Yeni Şafak” saytı Trampın bu planının əslində
Fələstində “yüz ilin işğalına” hazırlaşmaq olduğunu yazıb.
“ABŞ prezidenti Donald Trampın Fələstin siyasətinə istiqamət verən
şəxslərin çoxunun yəhudi olması diqqət çəkir. Bu şəxslərdən
birincisi kürəkəni və baş məsləhətçisi Cared Kuşnerdir. 36 yaşlı
Kuşnerin heç bir diplomatik təcrübəsi yoxdur. Lakin Tramp onun
haqqında “Cared çox yaxşı uşaqdır, İsraillə heç kimin bacarmadığı
razılaşmanı bağlayacaq” deyə bildirib. Trampın Fələstin siyasətinə
istiqamət verən digər şəxs isə ABŞ-ın İsraildəki səfiri David
Friedmandır. Yəhudi ailəsində doğulan Friedman səfirliyin Qüdsə
köçürülməsində böyük rol oynayıb”,- deyə sayt qeyd edir.
Asif
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK