Bəşər Əsədin kimyəvi silah mütəxəssisi öldürüldü
Bizi izləyin

Yaxın Şərq

Bəşər Əsədin kimyəvi silah mütəxəssisi öldürüldü

Ötən gecə Suriyanın Masiyaf şəhərində tanınmış suriyalı alim Azez Asbar partlayış nəticəsində həlak olub.

Suriya KİV-lərinin verdiyi məlumata görə, partlayıcı qurğu Asbar evindən çıxarkən işə düşüb. Alimin İsrailin xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində öldürüldüyü təxmin edilir.

Azez Asbar Suriyanın kimyəvi silahlar üzrə aparıcı mütəxəssislərindən biri olub. Masiyaf şəhərində kimyəvi silahların hazırlanması və təkmilləşdirilməsi ilə məşğul olan elmi-tədqiqat institutu fəaliyyət göstərir. Ötən ay İsrail aviasiyası Masiyaf şəhərində həmin institutun yerləşdiyi rayona aviazərbələr endirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm