Nazirdən ŞOK ÇAĞIRIŞ: "Sui-qəsd siyasətinə geri qayıtmalıyıq"
Bizi izləyin

Yaxın Şərq

Nazirdən ŞOK ÇAĞIRIŞ: "Sui-qəsd siyasətinə geri qayıtmalıyıq"

İsrailin mədəniyyət və idman naziri Miri Reqev çıxışı şok effekti yaradıb.

Publika.az xəbər verir ki, nazir Həmas qruplaşmasının liderlərinə sui-qəsd təşkil etmək çağırışı edib.

İsrailin “Yerusəlim Post” qəzetinin məlumatına görə, nazir Həmas liderlərinin qorxu içində saxlanılması və öldürülməsinin lazım olduğunu bildirib.

“Əgər uşaqlarınız qorxu içində yaşayırsa, Həmas liderləri də qorxu içində olmalıdır. Sui-qəsd siyasətinə geri qayıtmalı və onları hədəf almalıyıq. Mənə İsraildəki digər uşaqlar kimi düşərgə qurub sosial tədbirlərə qatılmayan uşaqların ağlagəlməz vəziyyətini danışdılar. Yay tətilləri belə olmamalıdır” -, nazir deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm