Koreya yarımadası tarixində İLKLƏRLƏ DOLU GÖRÜŞ - Mun Cay Pxençana gedəcək
Bizi izləyin

Yaxın Şərq

Koreya yarımadası tarixində İLKLƏRLƏ DOLU GÖRÜŞ - Mun Cay Pxençana gedəcək

Şimali və Cənubi Koreya 3-cü dəfə zirvə toplantısı keçirəcək.

Publika.az xəbər verir ki, iki ölkənin liderləri sentyabrda Şimali Koreyanın paytaxtı Pxençanda görüşəcək.

Zirvənin dəqiq tarixi və detallarına aydınlıq gətirilsə də, hələ ki, mediaya açıqlanmayıb. Bildirilir ki, qonşu ölkələr Şimali Koreyanın nüvə silahından imtina etməsi və Koreya yarımadasında sülhün təmin edilməsinə dair müzakirələr aparacaq.

Qeyd edək ki, Mun Cay ölkə tarixində Şimali Koreya lideri ilə 2 dəfə görüşən ilk Cənubi Koreya prezidentidir. O, həmçinin bu il Pxençana gedən ilk lider olacaq. Şimali Koreyanın dövlət başçısı Kim Çen In isə bu il Çin, Cənubi Koreya və ABŞ liderləri ilə görüşüb.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In ilə Cənubi Koreya prezidenti Mun Cay bu ilin aprel və may aylarında bir araya gəlmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm