Bağdadinin yerinə o gələcək – KƏŞFİYYAT
Bizi izləyin

Yaxın Şərq

Bağdadinin yerinə o gələcək – KƏŞFİYYAT

İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl- Bağdadi ağır yaralanmadan sonra yorğan-döşəyə düşüb və faktiki olaraq qruplaşmanı idarə etmir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin kəşfiyyatındakı mənbəyə istinadən İraqın “As-Sumariya” telekanalı bildirib.

Kanalın həmsöhbətinin məlumatına görə, Bağdadi Suriyanın kəndlərindən birində İraq Hərbi Hava Qüvvələrinin bu ilin iyununda hücumu zamanı yaralanıb. Təyyarələr radikalların müşavirə keçirildiyi əraziyə zərbələr endiriblər. Bir neçə terrorçu həlak olub, Bağdadi də daxil olmaqla, bir neçəsi ağır yaralanıb.

Telekanalın mənbəyi iddia edir ki, İraq mənşəyi olmayan döyüşçülər onun yerinə Tunidən gəlmə Əbu Osman at-Tunisinin namizədliyini irəli sürürlər. Ancaq İraq ekstremistləri oan qarşı çıxırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm