“Zəngin ölkələr...” - Trampdan Suriya barədə RADİKAL QƏRAR
Bizi izləyin

Yaxın Şərq

“Zəngin ölkələr...” - Trampdan Suriya barədə RADİKAL QƏRAR

Vaşinqton Suriyada vəziyyətin sabitləşməsi üçün yığılmış 230 milyon dolları ABŞ ordusunun inkişafına yönəldəcək.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Amerika lideri Donald Tramp tvitter hesabında bildirib.

“Birləşmiş Ştatlar Suriyanın inkişafına mənasız illik ödənişləri dayandırdı. Səudiyyə Ərəbistanı və Yaxın Şərqin başqa zəngin ölkələri ABŞ-ın əvəzinə ödəməyə başlayacaq. Mən ABŞ-ı, ordumuzu və bizə kömək edəcək ölkələri inkişaf etdirmək istəyirəm”, - Tramp yazıb.

Qeyd edək ki, apreldə ABŞ Konqresinin Nümayəndələr Palatası rəsmi Dəməşqin nəzarəti altında olan ərazilərə istənilən köməyi qadağan edən qanun layihəsini qəbul edib. Qanun layihəsinə əsasən, Vaşinqton yalnız o halda Dəməşqə kömək edə bilər ki, prezident Bəşər Əsəd dinc əhaliyə və mülki infrastruktura hücumlara son qoyduğunu sübut etsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm