"Taliban" 29 girovu azad etdi
Bizi izləyin

Yaxın Şərq

"Taliban" 29 girovu azad etdi

"Taliban" radikal hərəkatı Qurban bayramı münasibətilə girovda saxladığı vətəndaşları azad edib.

Publika.az xəbər verir ki, Taliban terror təşkilatı girovda saxladığı 29 nəfəri azad edib.

Qeyd olunur ki, həmin şəxslər iyun ayında yerli şirkətlərdən birinə hücum zamanı girov götürülmüşdü.

Təşkilat bu addımı Qurban bayramı münasibətilə atdığını bildirib.

Xatırladaq ki, ötən həftə sonu Əfqanıstan prezidenti Əşrəf Qəni Qurban bayramı ilə bağlı “Taliban”a atəşkəs təklif olunduğunu bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm