İran İraqla bağlı qərarını dəyişdirdi: "Elektrik enerjisi verəcəyik"
Bizi izləyin

Yaxın Şərq

İran İraqla bağlı qərarını dəyişdirdi: "Elektrik enerjisi verəcəyik"

İran İslam Respublikası yaranmış borc səbəbindən İraqa elektrik enerjisinin verilişini dayandırmışdı. Buna baxmayaraq, iki ölkə arasında yenidən elektrik enerjisinin verilişi mövzusunda razılığa gəlinib.

Publika.az xəbər verir ki, bu barədə mətbuata İranın energetika naziri Rza Ərdəkanian məlumat verib. Onun sözlərinə görə, iiyul ayının 7-dən dayandırılan elektrik enerjisinin verilişi bərpa ediləcək:

"Rəsmi İran iyulun 7-dən etibarən İraqın enerjiyə olan borcunun həddən artıq olması səbəbindən ölkəyə enerji satışını dayandırmışdı. Lakin İraq İrana olan elektrik borcunun bir hissəni ödəyib. Məhz buna görə biz elektrik enerjisi satışını bərpa edirik. Ümid edirik ki, borcun digər hissəsi də qısa zamanda ödəniləcək"

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm