NATO təsdiqlədi: ABŞ və Rusiya Aralıq dənizində müharibəyə hazırlaşır
Bizi izləyin

Yaxın Şərq

NATO təsdiqlədi: ABŞ və Rusiya Aralıq dənizində müharibəyə hazırlaşır

2015-ci ilin sentyabrından bəri Suriyada Vətəndaş Müharibəsinə Bəşər Əsədin cəbhəsindən qoşulan Rusiya Aralıq dənizini müharibə gəmiləri ilə doldurub.

Publika.az xəbər verir ki, Rusiyanın “İzvestiya” qəzeti dünən donanmanın 2015-ci ildən bu yana ən böyük gücünü Aralıq dənizinə yolladığını yazıb. Xəbərə görə, donanmada əksəriyyəti “Kalibr” adlı lazerli raketləri daşıyan 10 gəmi və 2 sualtı yer alıb. Çox sayda gəmi də bu gün donanmaya əlavə ediləcək. Qəzet dəniz qüvvələrinin İdlib əməliyyatına daxil ola biləcəyini qeyd edib.

Rusiyanın Müdafiə Nazirliyindən verilən məlumata görə isə, bölgədə 9 rus savaş gəmisi və 2 sualtı var.

Rusiya ilə yanaşı, ABŞ donanması da Şərqi Aralıq dənizində fəal olmağa başlayıb.

İsrailin “Haaretz” qəzetinə açıqlama verən NATO sözçüsü Oana Lanqescu Aralıq dənizində qeydə alınan canlanmanı doğrulayıb: “Rusiya Donanması müasir raketlərlə təchiz edilmiş bir neçə gəmi daxil olmaqla, ən əhəmiyyətli dəniz qüvvələrini Aralıq dənizinə göndərib. Aralıq dənizi ilə sərhədi olan bir çox NATO müttəfiqi və bizim donanmalarımız bölgədə davamlı olaraq işləyir. Beləliklə, Rusiya da daxil olmaqla bölgədə donanmaların fəallığını müşahidə edirik”.

Aralıq dənizindəki bu hərəkətlilik Bəşər Əsədin müxaliflərin nəzarətindəki son məntəqə olan İdlibə hücumu ilə bağlıdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm