Rusiya 3 ildə bu qədər insanı öldürüb – ŞOK RƏQƏM
Bizi izləyin

Yaxın Şərq

Rusiya 3 ildə bu qədər insanı öldürüb – ŞOK RƏQƏM

Üç il ərzində Rusiyanın zərbələri nəticəsində Suriyada 18 min insan həlak olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Londonda yerləşən Suriya İnsan Hüquqların Monitorinqi Mərkəzi bildirib.

Mərkəzin məlumatına görə, onların arasında təxminən 8 mindən çox dinc sakin, o cümlədən 3 mindən yuxarı qadın və uşaq var. Hərbi ekspert Aleksandr Qols “Exo Moskvı” radiostansiyasına bildirib ki, Rusiya bu itkilər tanımır və onları sübut etmək son dərəcə çətindir.

Öz növbəsində Moskvanın açıqladığı rəsmi məlumatlara görə, üç il ərzində Rusiya qoşunları Suriyada əməliyyatların gedişatında 85 min terrorçunu məhv edib. Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədri Viktor Bondaryevin sözlərinə görə, Suriyada Rusiya Silahlı Qüvvələrinin itkiləri 112 nəfər təşkil edir.

Hazırda Suriyada Rusiyanın Silahlı Qüvvələrinin itkiləri 112 insan təşkil edir, Bundan başqa, 8 təyyarə, 7 vertolyot, bir-iki zirehli maşın və zirehli avtomobil itirilib”, - Bondaryev deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm