Putin-Ərdoğan planının icrasında MÜHÜM ADDIM
Bizi izləyin

Yaxın Şərq

Putin-Ərdoğan planının icrasında MÜHÜM ADDIM

Suriyanın İdlib vilayətində Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında əldə olunan Soçi razılaşması çərçivəsində bu gün konkret addım atılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, müxalif güclər səhər saatlarından silahsızlanma bölgəsini boşaltmağa başlayıblar.

Xatırladaq ki, Soçi razılaşması sentyabrın 17-də əldə edilib. Razılaşmaya əsasən, İdlib ətrafında 15-20 kilometrlik təmas xətləri qurulacaq və bu bölgələrə silah daxil edilməyəcək. Bəşər Əsəd gücləri və müxaliflər bu dəhlizlərə daxil ola bilməyəcək. Dəhlizlər türk və rus əsgərləri tərəfindən qorunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm