İordaniya Suriya ilə sərhədi açır
Bizi izləyin

Yaxın Şərq

İordaniya Suriya ilə sərhədi açır

İordaniyanın xarici işlər naziri Ayman əl-Səfədi bildirib ki, tərəflər bütün detallar və zəruri prosedurlarla bağlı razılığa gəldikdən sonra İordaniya - Suriya sərhədi açıla bilər.

Publika.az xəbər verir ki, iordaniyalı nazir Əmmanda keçirilən mətbuat konfransında bildirib ki, onun ölkəsi Suriya böhranının siyasi həllinə nail olmaq üçün böyük səylər göstərir. Nazir əlavə edib ki, sərhədin açılması Suriyada sabitliyi və təhlükəsizliyi təmin etməyə kömək edəcək.

Ayman əl-Səfədi vurğulayıb ki, böhranın siyasi yolla həllindən sonra İordaniya suriyalı qaçqınları öz evlərinə qayıtmağa məcbur etməyəcək, lakin onların könüllü qayıdışını dəstəkləyəcək. Onun sözlərinə görə, Haşimilər Krallığı bu günədək 1 milyon 300 min suriyalı qaçqına sığınacaq verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm