ABŞ müttəfiqlərini bombardman etdi: 6 ölü, 15 yaralı
Bizi izləyin

Yaxın Şərq

ABŞ müttəfiqlərini bombardman etdi: 6 ölü, 15 yaralı

ABŞ-ın Hərbi Hava Qüvvələri Suriyanın Deyr-ez-Zor əyalətində PYD (PKK terror qruplaşmasının Suriya qolu –red.) güclərinə səhvən aviazərbələr endirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda hərbi-diplomatik mənbə bildirib.

Nəticədə 6 döyüşçü həlak olub, daha 15-i yaralanıb. Bombardmanda iki “F-15” qırıcısı iştirak edirdi.

Qeyd edək ki, PYD Suriyada ABŞ-ın əsas müttəfiqi hesab edilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm