İran və Rusiya Hələbdə QARŞI-QARŞIYA GƏLDİ: 85 ölü, 110 yaralı
Bizi izləyin

Yaxın Şərq

İran və Rusiya Hələbdə QARŞI-QARŞIYA GƏLDİ: 85 ölü, 110 yaralı

Suriyanın Hələb şəhərində rejimə bağlı “Şebbiha” gücləri ilə İran tərəfindən nəzarət edilən şiə döyüşçülər arasında silahlı qarşıdurma baş verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, qarət və təsir sahələrinin bölüşdürülməsi məsələləri üzrə anlaşılmazlıqla başlayan qarşıdurmada hər iki tərəfdən 85 nəfər ölüb, 110 nəfər yaralanıb.

Suriya ordusunun qarşıdurmaya müdaxilə etmədiyi bildirilir. Azad Suriya Ordusunun tərkibində yer alan “Ceyş-ul Mücahid” qruplaşmasının keçmiş sözçüsü Zəkəriyyə Mollahafçı Hələbdə davam edən qarşıdurmaları İranla Rusiya arasındakı nüfuz mübarizəsi adlandırıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm