ABŞ məscidi BOMBALADI: 5 ölü
Bizi izləyin

Yaxın Şərq

ABŞ məscidi BOMBALADI: 5 ölü

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın təyyarələri Suriyanın Deyr-ez-Zor əyalətində as-Susa kəndinə aviazərbələr endirib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriyanın dövlət televiziyası bildirib.

Hücum nəticəsində 5 dinc sakini həlak olub.

Beynəlxalq koalisiya isə dinc vətəndaşların həlak olması haqqında xəbərləri təkzib edib.

“Obyektlərdən biri – məscid İŞİD-in planlaşdırma və hücumların komanda mərkəzi kimi istifadə edilirdi. Quru güclərinin komandanının qiymətləndirməsinə görə, İŞİD döyüşçüləri zərbə zamanı komanda mərkəzində idilər”, - koalisiyanın nümayəndəsi, ABŞ-ın quru güclərinin polkovniki Şon Rayan bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm