İŞİD kimyəvi silahla hücum edəcək və ardınca ABŞ... – Rusiyadan ŞOK İDDİA
Bizi izləyin

Yaxın Şərq

İŞİD kimyəvi silahla hücum edəcək və ardınca ABŞ... – Rusiyadan ŞOK İDDİA

İŞİD terror təşkilatı Suriyada “Suriya Demokratik Gücləri”nə tərkibində zəhərli maddələr olan silahlarla hücum etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə xəbərdarlığı Rusiyanın Müdafiə Nazirliyi edib.

Açıqlamaya görə, hücum Suriya ordusunun olduğu ərazidən həyata keçiriləcək və bu, ABŞ-ın həmin bölgəyə aviazərbələr endirməsi üçün əsaslar yarada bilər. Qeyd edilir ki, terrorçular tərkibində kimya maddələr olan minaların istehsalını Deyr-ez-Zor əyalətinin El-Kişme şəhərinin xəstəxanasında təşkil edirlər.

“İŞİD terrorçuları öz hərəkətləri ilə ABŞ aviasiyasının Suriyanın hökümət güclərinə qarşı zərbələrinə real əsaslar yaratmağa hazırlaşırlar”, - Rusiyanın müdafiə idarəsindən bildriblər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm