Qətərdən ABŞ və BMT ilə bağlı dünyanı ŞOKA SALAN addım - - FOTO
Bizi izləyin

Yaxın Şərq

Qətərdən ABŞ və BMT ilə bağlı dünyanı ŞOKA SALAN addım - - FOTO

Qətər ABŞ-ın enerji layihələrinə milyardlarla dollar sərmayə yatıracaq.

Publika.az xəbər verir ki, bu barədə Qətərin energetika naziri Səəd bin Şrid əl-Kabi bildirib.

Nazir ölkəsinin növbəti 5 il ərzində Birləşmiş Ştatların enerji layihələrinə 20 milyard sərmayə qoyacağını deyib. Söhbət təbii qaz və neftin çıxarılmasından gedir.

Bundan başqa, Qətər Birləşmiş Millətlər Təşkilatına bağlı humanitar yardım sahəsində xidmət edən qurumlara 500 milyon dollar dəyərində vəsait göndərəcək. Bununla əlaqədar olaraq BMT ilə müqavilə imzalanıb. Qətərin xarici işlər naziri Məhəmməd ibn Ədürrəhman əl Sani paytaxt Dohada təşkil etdiyi mətbuat konfransında bu təlimatın əmir Şeyx Təmim ibn Həmid Əl Sani tərəfindən verildiyini açıqlayıb.

Qeyd edək ki, Qətər 2017-ci ildə humanitar yardım qurumlarına dəstək verən ərəb ölkələri arasında birinci, dünyada isə altıncı yerdədir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri 5 iyun 2017-ci il tarixində Qətərlə diplomatik münasibətlərini kəsmişdi. Daha sonra bu ölkəyə siyasi və iqtisadi sankiyalar tətbiq edilmişdi. Çətin günlər yaşamasına rəğmən, Qətərin dövlət büdcəsi bu il gözləniləndən artıq - 2,6 milyard dollar əlavə vəsait verib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm