Rusiya ABŞ-ın Şərq ssenarisini İFŞA ETDİ: Türkiyə ABŞ ilə...
Bizi izləyin

Yaxın Şərq

Rusiya ABŞ-ın Şərq ssenarisini İFŞA ETDİ: Türkiyə ABŞ ilə...

Türkiyə Silahlı Qüvvələri Suriyada, Fərat çayının şərqində yerləşən terror təşkilatlarına qarşı hərbi hərəkatı başlatsa da, Dəməşq YPG-yə yardım etməyəcək.

Publika.az xəbər verir ki, bu fikri Rusiya Elmlər Akademiyası Şərq İnsitutu Ərəb və İslam Araşdırmaları Mərkəzinin mütəxəssisi Boris Dolqov deyib.

Mütəxəssis bildirib ki, YPG Bəşər Əsəd rejiminə Türkiyənin hərbi müdaxilələrinə qarşı onları qorumaq və sərhədlərin təhlükəsizliyini təmin etmək çağırışı etsə də, Əsəd buna cavab verməyəcək:

“Ondan fərqli olaraq, ABŞ YPG-yə dəstək verir və onların nəzarətindəki torpaqlarda hərbi bazalarını qoruyur. Bu torpaqlarda regional idarələr qurulur. Əslində isə ABŞ-ın rəhbərliyi YPG-nin əli ilə Suriyanın parçalanması siyasətini aparır. Suriya hökuməti YPG-ni ABŞ-ın maraqlarına xidmət edən qüvvə olaraq görür. Əgər hadisələr bu ssenari üzrə davam etsə, Suriya hökuməti Türkiyəyə qarşı atılacaq heç bir addıma qarışmayacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm