ABŞ dan İsrail-Fələstin münaqişəsi üçün YENİ PLAN
Bizi izləyin

Yaxın Şərq

ABŞ dan İsrail-Fələstin münaqişəsi üçün YENİ PLAN

ABŞ İsrail-Fələstin münaqişəsinin həllinə dair yeni plan hazırlayıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT Təhlükəsizlik Şurasında sözügedən vəzifədə iştirak etdiyi son iclasda bildirib. Onun sözlərinə göə, bu plan əvvəlkilərdən fərqlənir.

“Artıq bir həqiqəti qəbul etməliyik: sülh sazişindən hər iki tərəf qazanardı. Lakin Fələstin tərəfi daha çox qazanar, İsrail isə daha çox riskə gedir. Məhz bunu düşünərkən ABŞ Administrasiyası israillilərlə fələstinlilər arasında planını hazırlayıb. Bu, sadəcə, ümumi müddəalardan ibarət bir neçə səhifəlik yazı yox, daha ətraflı və böyük plandır, bununla da əvvəlkilərdən fərqlənir”, - deyə Nikki Heyli vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm