3200 İŞİD-çi azad edilir – Dünyanı ŞOKA SALAN TƏHDİD
Bizi izləyin

Yaxın Şərq

3200 İŞİD-çi azad edilir – Dünyanı ŞOKA SALAN TƏHDİD

PKK/YPG terror təşkilatı Suriyadan çəkiləcəyini açıqlayan ABŞ-ı təhdid edib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, terror təşkilatı ABŞ qoşunlarının Suriyadan çəkiləcəyi halda, həbsxanalarda olan minlərlə İŞİD döyüşçüsünü saxlaya bilməyəcəyini açıqlayıb.

Daha əvvəl ABŞ-ın “New York Times” nəşrinin yazdığına görə, ABŞ Suriyadan çəkiləcəyi halda, terror təşkilatının nəzarəti altında olan 7 həbsxanadakı 3200 İŞİD döyüşçüsünün sərbəst buraxılması müzakirə edilir.

Xatırladaq ki, dekabrın 12-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesi Zirvəsində çıxışında Türkiyə ordusunun yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacağını bəyan etmişdi.

“Biz heç vaxt ABŞ-a və onun hərbçilərinə qarşı olmamışıq. ABŞ həmişə bizim üçün strateji partnyordur. Hədəfimiz əsla Amerika əsgərləri deyil, bölgədə fəaliyyət göstərən terror təşkilatlarıdır. Suriya üzrə bizim fikir ayrılıqlarımız bizim münasibətlərimizin inkişafına mane olmamalıdır”, - Ərdoğan Ankarada çıxış zamanı deyib.

O dəqiqləşdirmişdi ki, Türkiyə nəzərdə tutulan əməliyyat haqqında Birləşmiş Ştatlara məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm