Qəzzada toqquşmalar: ölənlərin sayı 4-ə çatdı
Bizi izləyin

Yaxın Şərq

Qəzzada toqquşmalar: ölənlərin sayı 4-ə çatdı

Qəzza sektoru boyunca İsrail hərbçiləri ilə toqquşmalarda həlak olan fələstinlilərin sayı 4 nəfərə çatıb.

Bu barədə AFP Fələstinin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, 18 yaşlı fələstinli aldığı yaralardan xəstəxanada vəfat edib.

Dünən İsrail ordusu sərhəddə 8 min fələstinlinin toplaşdığını xəbər verib. Aksiya iştirakçıları avtomobil təkərlərinin rezin üzlüklərini – şinləri yandırıblar və hərbçilərə alovlandırıcı vasitələr atıblar. Aksiya zamanı 3 fələstinli güllə yarası alıb. Onlardan birinin 16 yaşı var.

Həkimlər bildiriblər ki, İsrail hərbçiləri aksiyanı dağıdan zaman içində gözyaşardıcı qaz olan qumbaralardan istifadə ediblər və dəfələrlə etirazçılara atəş açıblar. Onların məlumatına görə, nəticədə 50-ə yaxın fələstinli yaralanıb. Qarşıdurmalar zamanı həmçinin qaz zəhərlənməsi də qeydə alınıb (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm