Suriyadan geri çəkilən ABŞ hara gedəcək? - Yeni xaos və müharibənin təməli qoyulur
Bizi izləyin

Yaxın Şərq

Suriyadan geri çəkilən ABŞ hara gedəcək? - Yeni xaos və müharibənin təməli qoyulur

ABŞ hərbi qüvvələrini Suriyadan geri çəkmək barədə qərar versə də, hələ ki, konkret addım atmayıb.

Publika.az xəbər verir ki, hazırda müzakirə edilən məsələ göndərilən əsgərlərin hara və necə yerləşdiriləcəyidir.

Bununla bağlı iki ehtimal irəli sürülür: İsraili qorumaq üçün Suriyanın cənubu və İraqın şimalını yenidən formalaşdırmaq üçün Ərbilə getmək.

Suriyada yeni bir xaosun yaranmasına fürsə tanımayan Türkiyə isə diplomatik və kəşfiyyat fəaliyyətlərini davam etdirir. Tramp hökumətinin Suriyanın cənubu boyunca İraqın şimalından Tanaf və Qolan təpələrinə uzanan xətti yeni marşrut olaraq seçəcəyi bildirilir. Digər tərəfdən İraqın Ərbil şəhərindəki Hariri bazasını xeyli genişləndirən Pentaqonun yeni ünvanının bura olacağı ehtimal edilir.

Dünənə qədər sərhədlərdə nəzarət-keçid məntəqələri qurmağa çalışan ABŞ maraqlarından və İsrailin təzyiqlərindən vaz keçməsi asan görünmür. Hələ də geri çəkildiklərinə dair heç bir konkret addım atmayan ABŞ qüvvələri sərhəddən 15 km məsafədə gözləməkdədir.

Rəsmi Ankaranın Donald Trampın qərarını Pentaqona tətbiq etdirməsi durumunda çadır şəhərlərində qalan suriyalıların evlərinə geri qayıda bilməsi üçün müştərək plan üzərində işləyir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm