Əsəd rejimi Türkiyə Ordusu ilə QARŞI-QARŞIYA - Yeni müharibə ALOVLANIR
Bizi izləyin

Yaxın Şərq

Əsəd rejimi Türkiyə Ordusu ilə QARŞI-QARŞIYA - Yeni müharibə ALOVLANIR

Türkiyənin terror təşkilatı kimi qəbul etdiyi YPG-nin onurğasını təşkil etdiyi Demokratik Suriya Qüvvələrinin dəvəti ilə Bəşər Əsəd qüvvələrinin Münbiçə daxil olması xəbəri dünya mediasında geniş yer alıb.

Publika.az xəbər verir ki, mediada hökumət qüvvələrinin Münbiçə çatdığı, lakin cəbhə xəttində gözlədiyi bildirilir.

Suriya Silahlı Qüvvələri ordu birliklərinin Münbiçə daxil olub Suriya bayrağını qaldırdığı və şəhərdəki bütün vətəndaşların təhlükəsizliyinin təmin edildiyinə dair açıqlama verib.

Bu açıqlamanı dərc edən “Röyters” agentliyi ABŞ qüvvələrinin bazalarının yerləşdiyi Münbiçin daxilinə hökumət qüvvələrinin yayılıb-yayılmadığının bilinmədiyini bildirib. Xəbərə görə, hökumət qüvvələri Münbiçə daxil olmayıb.

“Assoşeyted Press” Demokratik Suriya Qüvvələrinin Suriya Məclisinin İdarəetmə qurumunun prezidenti İlham Əhmədə istinadən verdiyi xəbərdə bu faktı təsdiq edib.

ABŞ-ın bölgədən hələ də çıxmadığı və Münbiçin içində Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusunun varlığından narahat olduğunu qeyd edib. Prezident bölgədə əsas hədəfin Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatlarına qarşı təşkil edəcəyi hərbi əməliyyatlarının qarşısının alınması olduğunu deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm