Trampın bu addımından Rusiya, Türkiyə və İran qazanacaq – Alman nəşri
Bizi izləyin

Yaxın Şərq

Trampın bu addımından Rusiya, Türkiyə və İran qazanacaq – Alman nəşri

Amerika qoşunlarının Suriyadan gedişi regiona bir sıra dəyişikliklər söz verir.

Publika.az xəbər verir ki, bu haqda “Bild” nəşri proqnozlaşdırıb.

Nəşr qeyd edir ki, hadisədən Rusiya uduşlu çıxacaq və Türkiyə ilə İranla birlikdə Suriyanın taleyini həll edəcək. Kürdlərin, həmçinin İsrailin vəziyyətinin mürəkkəbləşəcəyi bildirilir. Qeyd edilir ki, Amerika hərbçiləri daha Suriya-İraq sərhədinə nəzarət etməyəcək və bu, İrana hərbi məhsulları maneəsiz həyata keçirməyə imkan verəcək.

Xatırladaq ki, dekabrın 19-da ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxacağını bəyan edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm