Qaşıqçı cinayətinin ilk məhkəməsi keçirildi - 5 nəfərə edam cəzası...
Bizi izləyin

Yaxın Şərq

Qaşıqçı cinayətinin ilk məhkəməsi keçirildi - 5 nəfərə edam cəzası...

2 oktyabr 2018-ci il tarixində Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda vəhçicəsinə qətlə yetirilən jurnalist Camal Qaşıqçının cinayəti ilə bağlı ilk məhkəmə iclası keçirilib.

Publika.az xəbər verir ki, səudiyyəli hakim cinayətdə əli olan 11 şübhəlinin 5-i haqqında edam cəzası istəyib.

Səudiyyəli liberallar üçün əhəmiyyətli bir platforma olan “Əl Vətən” qəzetinə yazılar və eyni zamanda, Amerikanın “Vaşinqton Post” qəzetində çalışan Camal Qaşıqçı 2 oktyabr 2018-ci il tarixində rəsmi sənədlər üçün İstanbuldakı baş konsulluğa daxil olmuş, lakin bir daha oradan çıxmamışdı.

Eyni saatlarda iki təyyarə ilə İstanubla gələn, aralarında səlahiyyətli şəxslərin də olduğu 15 nəfərlik ərəbistanlı heyətin baş konsulluğa dsaxil olduğu və eyni gündə vətənlərinə geri qayıtdığı müəyyən edilmişdi. Məsələ ilə bağlı Türkiyə və Səudiyyə Ərəbistanı ortaq istintaq əməliyyatları başlatmışdı.

Qeyd edək ki, Camal Qaşıqçının əvvəl qanı bədənindən sovrularaq sanitar qovşağa axıdılıb. Daha sonra bədəni müxtəlif parçalara ayrılaraq konsulluq binasından çıxarılıb. Onun cəsədinin yeri müəyyən edilməyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm