Trampın Suriya qərarının arxasındakı PLAN ORTAYA ÇIXDI - Şeytanın ağlına gəlməz ADDIM
Bizi izləyin

Yaxın Şərq

Trampın Suriya qərarının arxasındakı PLAN ORTAYA ÇIXDI - Şeytanın ağlına gəlməz ADDIM

Amerikalıları mümkün qədər tez Suriyanı tərk etməlidir, çünki bundan sonra regionda güc balansı dəyişəcək və Rusiya öz müttəfiqləriylə dalaşacaq.

Publika.az xəbər verir ki, bu sözləri “Fox News” telekanalının efirində ABŞ ordusunun istefaya çıxmış polkovniki Duqlas Makqreqor deyib.

Makqreqor qeyd edib ki, Rusiyanın uzun müddətdir Türkiyə, İran və Suriya üsyançıları ilə münasibətləri normal idi, ancaq Amerika qoşunlarının çıxarılması Rusiya hərbçilərini bu tərəflər arasında seçim etməyə məcbur edəcək.

“Biz Suriya hökumətini ölkənin şimalına daxil olmağa məcbur etdik. Rusiya seçim etməli olacaq. Əgər o, Türkiyəni Suriya ərazisinə buraxacaqsa, onda suriyalılar və iranlılara təsirini itirəcək”, - Makqreqor bildirib.

Həmçinin, onun sözlərinə görə, rusların iranlılar və türklərlə əməkdaşlığı üçün prinsip etibarilə heç bir səbəb yoxdur.

Qeyd edək ki, dekbarın 19-da ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılması barədə göstəriş verib. Ötən gün dövlət katibi Mayk Pompeo deyib ki, ABŞ öz ordusunu Suriyadan çıxarmağa başlayıb. Qoşunların 100 gün ərzində Suriyadan çıxarılması nəzərdə tutulub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm