“Hizbullah” lideri xərçəngə tutulub – İDDİA
Bizi izləyin

Yaxın Şərq

“Hizbullah” lideri xərçəngə tutulub – İDDİA

Livanın əsas hərbi və ideoloji təşkilatı olan “Hizbullah”ın lideri Həsən Nəsrullah haqqında şok iddialar irəli sürülüb.

Publika.az xəbər verir ki, Livan mətbuatında Həsən Nəsrullahın infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yer alıb. İsrailin “Hayom” qəzetinə açıqlama verən livanlı jurnalist Jerry Mahar “Hizbullah” rəhbərinin gecəni Beyrutdakı klinikada keçirdiyini deyib.

İsrail qəzeti Həsən Nəsrullahın uzun illərdir xərçənglə mübarizə apardığını da iddia edib. Sonuncu dəfə keçən ilin noyabrında ictimaiyyət qarşısına çıxan liderin səhhəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm