Şimali İraqa zərbələr endirildi - Terrorçular məhv edildi
Bizi izləyin

Yaxın Şərq

Şimali İraqa zərbələr endirildi - Terrorçular məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) qırıcıları İraqın şimalında yerləşən Zap və Sinat-Haftan bölgələrində terrorçu düşərgələrinə dəqiq zərbələr endirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bombardman nəticəsində 3 terrorçu məhv edilib.

Digər bir rəsmi məlumatda isə bildirilir ki, Adana şəhərində keçirilən antiterror əməliyyatında 16 nəfər şübhəli qismində həbs olunub. Bundan başqa, TSQ Türkiyənin Hatay bölgəsinin Suriya ilə sərhədinə ağır hərbi texnika toplamaqdadır. Suriya ərazisində keçirilməsi ehtimal olunan növbəti antiterror əməliyyatına hazırlıq işləri KİV tərəfindən diqqətlə izlənilməkdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm