Rusiya qırıcıları Türkiyə sərhədlərinin bir addımlığında - Ölü və yaralılar var
Bizi izləyin

Yaxın Şərq

Rusiya qırıcıları Türkiyə sərhədlərinin bir addımlığında - Ölü və yaralılar var

Rusiyaya aid qırıcılar Suriyanın İdlib şəhərinin cənub-qərbindəki mülki evlərə və müxaliflərin cəbhə xətlərinə avia-hücum təşkil edib.

Publika.az xəbər verir ki, hücum nəticəsində 2 dinc sakin ölüb, 9 nəfər yaralanıb.

Anadolu Agentliyinin yerli mənbələrdən əldə etdiyi məlumata görə, qırıcılar “İdlib Atəşkəs Bölgəsi”nin sərhədləri daxilindəki Xan Əs Sünbül kəndinə və Cisir Əş Şuğura 3 dəfə avia-zərbə endirib.

Müxaliflərə aid Təyyarə Müşahidə Evinin sosial şəbəkə hesabından paylaşdığı açıqlamada hava hücumunun Himeymim bazasından qalxan Rusiya qırıcıları tərəfindən gerçəkləşdirildiyi bildirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm