Türkiyə vətəndaşlarına Qüds QADAĞASI
Bizi izləyin

Yaxın Şərq

Türkiyə vətəndaşlarına Qüds QADAĞASI

İsrail Türkiyə vətəndaşlarının Qüdsü ildə bir dəfədən çox ziyarət etməsini qadağan edib.

Publika.az xəbər verir ki, yaşı 18-dən az olan Türkiyə vətəndaşları isə ümumiyyətlə, valideynləri olmadan şəhərə daxil ola bilməz.

Bu barədə Türkiyənin Burak Müqəddəs Məkanları Tanıtma və Mədəniyyət Dərnəyinin başçısı Adəm Yenihəyat məlumat verib.

Onun sözlərinə görə, bu qadağaya səbəb İsrailin Qüdsdə dağıntılar törətməsindən sonra Türkiyə vətəndaşlarının daha çox bu şəhərə axın etməsidir.

“2018-ci ildə Qüdsdə yaşayan müsəlmanlara və Məscidül-Əqsaya hücumlar edildi. Polis və əsgər nəzarətində Məscidül-Əqsaya basqından sonra məscidin qapıları ibadətə bağlandı. 176 nəfərin məscidə daxil olmasına icazə verilmədi. Qüdsdə 7 müsəlman şəhid oldu, 1736 nəfər saxlanıldı. Evlər dağıdıldı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm