Əsədin bombaladığı yaşayış binası çökdü: ölənlər var
Bizi izləyin

Yaxın Şərq

Əsədin bombaladığı yaşayış binası çökdü: ölənlər var

Suriyanın Hələb şəhərinin mərkəzində daha əvvəl Əsəd rejimi tərəfindən bombardman edilən 7 mərtəbəli yaşayış binası çöküb.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub, xeyli sayda insan yaralanıb. Çökən binanın qalıqları altında 2-si uşaq olmaqla, bir ailənin 5 üzvü dünyasını dəyişib.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, ötən ilin mart ayında Hələbin Əl-Səfa bölgəsində 5 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 3 nəfər dünyasını dəyişmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm