Türkiyə ilə savaşa İngiltərə girəcək: İŞİD və PKK bütün dünyaya...
Bizi izləyin

Yaxın Şərq

Türkiyə ilə savaşa İngiltərə girəcək: İŞİD və PKK bütün dünyaya...

PKK terror təşkilatı İngiltərənin baş naziri Tereza Meyə məktub ünvanlayıb.

Publika.az xəbər verir ki, təşkilatın liderləri məktubda İngiltərənin himayəsinə girmək istədiklərini dilə gətirib.

ABŞ qüvvələrinin bölgədən geri çəkilməsindən sonra himayəsiz və köməksiz qalan təşkilat özünü gələcəyin güvənli müttəfiqi kimi təqdim edib. Həmçinin qeyd ediblər ki, ABŞ-ın PKK-nı Türkiyənin önünə atmasına icazə verməməlidirlər.

Məktub təşkilata yaxınlığı il tanınan “Ekurd Daily” qəzetində yayımlanıb. Məktubda bildirilib ki, Suriyada vəziyyət ABŞ prezidenti Donald Trampın dediyi kimi deyil. İŞİD terror təşkilatı hələ tam məğlub edilməyib. Əgər PKK geri çəkilsə, İŞİD yenidən qayıdacaq və bütün dünyanı təhdid edəcək. Beləliklə, Türkiyənin dəstək verdiyi Əl-Qaidə də bölgədə nəzarətinin gücləndirəcək. PKK liderləri açıq şəkildə vurğulayıb ki, əgər Qərb onlara kömək etməsə, Türkiyə hərbi hərəkat təşkil edərkən bütün İŞİD terrorçularını həbsxanadan çıxaracaq və bütün dünyaya yayılacaqlar.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm