Suriyada vətəndaş müharibəsi YENİDƏN ALOVLANDI - ABŞ və Fransa dəstək verir
Bizi izləyin

Yaxın Şərq

Suriyada vətəndaş müharibəsi YENİDƏN ALOVLANDI - ABŞ və Fransa dəstək verir

Suriyanın Deyr-əz-Zor şəhərində İŞİD və YPG/PKK terror təşkilatları arasındakı qarşıdurma güclənib.

Publika.az xəbər verir ki, İŞİD son olaraq Fərat çayının şərqində yerləşən Baqozda bomba yüklü avtomobillə hücum təşkil edib.

Yerli qaynaqlardan verilən məlumata görə, hücum nəticəsində qarşı tərəfdən 20 terrorçu ölüb.

Digər tərəfdən, 4 günlük fasilədən sonra dünən axşam saatlarında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri yenidən bombardmana başlayıb.

ABŞ-ın havadan, Fransanın qurudan top atışları ilə dəstək verdiyi YPG/PKK 11 sentyabr 2018-ci il tarixindən bəri İŞİD-i Deyr-əz-Zordan çıxarmaq üçün hücumlar təşkil edir. Hazırda İŞİD-in əlində sadəcə Baqoz bölgəsinin nəzarəti qalıb. Şəhərin Fərat çayının qərbindəki bölgəsində isə Bəşər Əsədin qüvvələri var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm