İranın təklənməsi üçün İsraildən Rusiyaya İNANILMAZ TƏKLİF
Bizi izləyin

Yaxın Şərq

İranın təklənməsi üçün İsraildən Rusiyaya İNANILMAZ TƏKLİF

Rusiya Suriya üzrə qərarlar qəbul edə bilər, amma bu, Yaxın Şərqdə Amerika hökmranlığını dəyişdirməyəcək.

Publika.az xəbər verir ki, bu haqda İsrailin “Haaretz” nəşrinə istefada olan general-mayor Amos Qilad deyib.

Onun sözlərinə görə, Moskva özü üçün yeni imici müvəffəqiyyətlə yaradır və bu imic Yaxın Şərqdə proseslərə nəzarət etmək bacağırını göstərir.

“Amma o hələ ki, Suriyadan başqa, heç bir yerdə həlledici səs hüququna nail olmağı bacarmayıb. Rusiya Amerika qoşunlarının Suriyadan çıxması haqqında Donald Trampın bəyanatı fonunda inad göstərə bilər, amma o, regionda Amerika hökmranlığı üçün real təhlükə təqdim etməyi hələ bacarmır.

General-mayorun sözlərinə görə, Rusiya özünə superdövlət statusunu qaytarmaq niyyətindədir. İstefada olan zabit qeyd edir ki, Rusiyanın siyasəti həm İsrail, həm də Birləşmiş Ştatların maraqları və xarici siyasətini hədələyir.

Onun sözlərinə görə, Moskva özünü Yaxın Şərqdə duşmənçilik edən tərəflər arasında vasitəçi kimi göstərməyə çalışır. Amos Qilad hesab edir ki, regionda Rusiyanın inadı və İranla əməkdaşlıq Trampın Suriyadan çıxmaq haqqında bəyanatı fonunda güclənə bilər.

Bundan başqa, Qilad sazişin bağlanması imkanına baxmağı təklif edir: İranın Suriyadan sıxışdırılmasına əvəz olaraq Suriyada Rusiyanın xüsusi rolunun və onunla bağlı güclərin tanınması.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm