Yaxın Şərq
Dünya yeni müharibə ilə ÜZ-ÜZƏ: İsrail-İran çaxnaşması
İsrail bölgədə yeni bir müharibəyə cəhd göstərir.
Publika.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransına qatılan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Nazir jurnalistlərə açıqlamasında ölkəsinin apardığı raket proqramından da danışıb.
Zərif, ona verilən “Sizcə bölgədə yeni bir savaşın başlanması təhlükəsi ciddidirmi” sualını cavanlandırarkən deyib ki, bəzi ölkələr regionda müharibə yaratmaq niyyətindədirlər: “Bəli, bu təhlükə ciddidir və konkret olaraq deyə bilərəm ki, İranla İsrail arasında savaş təhlükəsi yüksəkdir. İsrail mütəmadi olaraq Suriyada beynəlxalq qanunları pozur, Avropa dövlətləri isə onun bu davranışlarına göz yumurlar. Hesab edirəm ki, əgər vəziyyət belə davam etsə və siz avropalılar beynəlxalq qanunların açıq şəkildə pozulması hallarına biganə yanaşsanız, savaş təhlükəsi daha da artacaq”.
Zərif, həmçinin İranın raket proqramına toxunaraq, Qərb ölkələrinin Tehrandan bu sahədə apardığı fəaliyyətini dayandırmaq barədəki istəyini rədd edib: “Tutaq ki, biz raket proqramını dayandırdıq. O zaman kimsə bizə özümüzü müdafiə etmək üçün silah və qırıcı təyyarələr satacaqmı? Əgər hücuma məruz qalsaq, onda nə edək? Qılınclamı özümüzü müdafiə edək?”
Qeyd edək ki, son aylar İsrail qırıcıları Suriyada fəaliyyət göstərən “Sepah”, “Hizbullah” terror təşkilatına və onların silah anbarlarına çoxsaylı hava zərbələri endirib. Həmin hücumlar nəticəsində onlarla “Sepah”çı və “Hizbullah” döyüşçüsü öldürülüb, onlara məxsus silah anbarları məhv edilib.
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı


































.jpg)

.jpg)