İsrail ayağa qalxdı: İran ballistik raketlərini...
Bizi izləyin

Yaxın Şərq

İsrail ayağa qalxdı: İran ballistik raketlərini...

İsrailin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Dani Danon Təhlükəsizlik Şurasına müraciət ünvanlayıb.

Publika.az xəbər verir ki, təmsilçi BMT-dən İranın nüvə təhdidlərinə qarşı zəruri addımlar atmalarını tələb edib.

Məktubda qeyd edilib ki, İran bu ilin yanvar və fevral aylarında fəzaya peyk göndərməyə cəhd göstərib. Bu isə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozan hal hesab edilir.

Qeyd edək ki, İranın fəzaya peyk göndərməklə bağlı qeyd edilən hər iki cəhdi uğursuzluqla nəticələnmişdi. Bu cəhdlərdən sonra beynəlxalq ictimaiyyət İranın aerokosmik fəaliyyəti ilə bağlı öz narahatlığını ifadə etmişdi. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sədri Mayk Pompeo İranın kosmosa peyk göndərməyə çalışmasını Avropa və Yaxın Şərq ölkələri üçün böyük təhlükə adlandırmışdı.

İranla 5+1 ölkələri arasında nüvə razılaşmasından sonra BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 2231 saylı qətnamənin müddəalarına əsasən, rəsmi Tehran nüvə başlıq daşıya bilən ballistik raket istehsal edə və sınaqdan keçirə bilməz.

İsrailin BMT-dəki nümayəndəsi həmçinin qeyd edib ki, İran 2231 saylı qətnaməni pozan bu cür addımlar atmaqla əslində beynəlxalq ictimaiyyətin rəylərini gözardı edir. Buna görə də Təhlükəsizlik Şurasına üzv ölkələr rəsmi Tehranın bu təhdidləri qarşısında qəti addım atmalıdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm