Putin və Netanyahudan İrana qarşı ORTAQ ADDIM: Bu gün gecə saatlarında...
Bizi izləyin

Yaxın Şərq

Putin və Netanyahudan İrana qarşı ORTAQ ADDIM: Bu gün gecə saatlarında...

İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Publika.az xəbər verir ki, tərəflər bu gün Moskvada bir araya gələcək. Netanyahu görüş üçün gecə saatlarında yola düşüb.

Görüşdə İranın Suriyadakı mövcud mövqeyi müzakirə olunacaq. Bu barədə baş nazirin ofisindən məlumat verilib. İranın İsraili yox etməklə təhdid etdiyini bildirən Netanyahu bunları deyib:

“İranın Suriyadakı fəaliyyətinə qarşı lazımi addımları atır, onların bazalarına hücumlar təşkil edirik. İranı Suriyadan çıxarana qədər bu addımları atmağa davam edəcəyik. Sərhədimizə yaxın bir yerdə İranın baza qurmasına icazə verməyəcəyik”.

Qeyd edək ki, sözügedən görüş 21 fevral tarixinə təyin edilmişdi. Lakin Netanyahu bu görüşün təxirə salınmasını istəmişdi. Buna səbəb olaraq baş nazir seçkilərinə hazırlıq göstərilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm