ABŞ və "Taliban" arasında tarixi görüş - Dohada müzakirələr aparılır
Bizi izləyin

Yaxın Şərq

ABŞ və "Taliban" arasında tarixi görüş - Dohada müzakirələr aparılır

Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” arasında Əfqanıstanda 17 illik müharibəyə son qoymaq məqsədilə aparılan danışıqlar davam edir.

Associated Press xəbər verir ki, tərəflər arasında danışıqlar çərçivəsində “Taliban” hərəkatının həmtəsisçisi Molla Əbdül Qəni Bəradarın ABŞ-ın xüsusi təmsilçisi Zalmay Xəlilzad ilə yanvarda keçirdiyi görüşdən sonra Birləşmiş Ştatların hərbi kontingentinin Əfqanıstandan çıxarılması və atəşkəsə əməl olunmasının detalları hazırlanıb.

“Taliban”ın sözçüsü Süheyl Şahin bildirib ki, onlardan ötrü danışıqlarda müzakirə olunan əsas məsələ xarici ölkələrin hərbi kontingentlərinin Əfqanıstandan çıxarılmasıdır. ABŞ isə bu ölkənin ərazisindən özünə və müttəfiqlərinə qarşı istifadə olunmaması üçün zəmanət, habelə atəşkəsin bərqərar olmasını istəyir. O əlavə edib ki, danışıqların bu mərhələsində razılıq əldə olunmayacağı təqdirdə növbəti görüşlərin keçirilməsi istisna edilmir.

Doha danışıqlarında ən mürəkkəb problem “Taliban”ın ölkə Prezidenti Əşrəf Qəni ilə saziş imzalamaqdan boyun qaçırması və rəsmi Kabili Qərbin “oyuncağı” hesab etməsidir. Əfqanıstan rəsmilərinin bu danışıqlarda iştirak etməməsi də mübahisəli şərait yaradıb.

Danışıqların davam etdiyi bir şəraitdə “Taliban”ın silahlı hücumları davam edir. Belə ki, martın 1-də Helmand vilayətindəki “Şorab” düşərgəsində gedən döyüşlərdə Əfqanıstan təhlükəsizlik xidmətinin ən azı 23 əsgəri, Sarı Pul əyalətində isə 9 hərbçi həlak olub.(Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm