3 yaşlı qızları gəlin kimi satırlar- TÜKÜRPƏDƏN SƏBƏB
Bizi izləyin

Yaxın Şərq

3 yaşlı qızları gəlin kimi satırlar- TÜKÜRPƏDƏN SƏBƏB

2015-ci ildən bəri vətəndaş müharibəsindən əziyyət çəkən Yəməndə daha bir insanlıq dramının üstü açılıb.

Publika.az xəbər verir ki, yoxsulluq və aclıqdan əziyyət çəkən ailələr azyaşlı qızlarını “uşaq gəlin” kimi satırlar.

Ailələr bunu çarəsizlikdən edirlər. Valideynlər uşaqlarını xəstəlik və aclıqdan xilas etmək üçün bu yola əl atdıqlarını bildirirlər. Satılan qızların arasında 3 yaşlı uşaq belə var.

Bu gerçəyi mətbuata “Oxfam” beynəlxalq yardım qurumunun Yəmən üzrə direktoru Muhsin Siddiqi açıqlayıb. Rusiyanın RT kanalına müsahibə verən direktor bildirib ki, uşaqların qarşılığında alınan pula digər ailə üzvlərinə ərzaq və qalmaq üçün yer alınır.

Qeyd edək ki, Yəməndə bu günə qədər davam edən vətəndaş müharibəsində 60 mindən çox insan ölüb. Bir yandan İranın dəstək verdiyi husilər, digər tərəfdən qərb ölkələrinin dəstək verdiyi Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri bu müharibəni daha da ağırlaşdırır. Onların qurbanları isə sadə xalq olur...

Yəməndə 10 milyon insan xəstəlik və ölümlərə yol açan aclıqdan əziyyət çəkir. Bundan başqa, əsrin ən qorxunc xəstəliyi olan vəba təhlükəsi yaşanır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm